24.12.2018

Mingəçevir məktəblərində istedadların aşkar edilməsi istiqamətində görülən tədbirlər

    Mingəçevir şəhər Texniki Humanitar Liseyin XI sinif şagirdi Cəmilə Hüseynovanın "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr edilmiş "Rənglərin nəğməsi" adlı rəsm sərgisi təşkil edilib. Liseyin fəaliyyət planına uyğun olaraq istedadlı uşaqların potensialını inkişaf etdirmək məqsədilə keçirilən sərgidə Cəmilənin fərqli üslublarda işlədiyi rəsm əsərləri nümayiş etdirilib. Nümayişə gələnlər Cəmilənin işləri, onun rənglər dünyası ilə yaxından tanış olmuş və gələcək  işlərində ona böyük yaradıcılıq uğurları arzulamışlar. 


Açar sözlər: