08.01.2019

Mingəçevirdə müşavirə keçirilib

    Yanvarın 8-də Mingəçevir şəhər N. Nərimanov adına 1№-li tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı və 34 rayon, şəhər təhsil şöbələrinin müdirləri və metodiki kabinetlərin direktorlarının iştirakı ilə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydalarının müzakirəsi”nə həsr olunmuş zona müşavirəsi keçirildi. Müşavirədə Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Bərdə, Beyləqan, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Göyçay, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Laçın, Mingəçevir, Naftalan, Oğuz, Qax, Qazax, Qəbələ, Samux, Şəmkir, Şəki,Tərtər,Tovuz, Ucar, Xocalı, Yevlax, Zaqatala, Zərdab rayonlarının təhsil işçiləri iştirak edirdilər. Müşavirəni Mingəçevir ŞTŞ-nın müdiri S.Məmmədov açaraq qonaqları təqdim etdi və müşavirənin keçirilməsinin məqsədi haqqında məlumat verdi. Sonra söz təhsil nazirliyinin əməkdaşlarına verildi. Nazirliyin əməkdaşı Orxan Abbasovun təqdimatında yeni qaydalarla əlaqədar suallar cavablandırıldı və  qaydaların tətbiqində  yaranan bəzi məqamlara aydınlıq gətirildi. Sonda  qiymətləndirmə ilə bağlı  şagirdlərin imtahan yükünün nəzərəçarpacaq dərəcədə azaldılması istiqamətində atılan bu addımın müsbət tərəfləri haqqında fikirlər səsləndirildi.