11.02.2019

Adını yazaraq yaddaşlara, Qanıyla möhrünü vurdu, Mübariz!

    Mingəçevir şəhər S.Vurğun adına  16 №-li tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə bağlı “Mübariz İbrahimov Azərbaycan əsgərinin qərəmanlıq rəmzidir !” adlı tədbir keçirildi. Tədbirdə məktəbin VIIIb sinif şagirdi Sevinc Məmmədova qəhrəmanın doğum gününə həsr etdiyi layihəsini və qəhrəmana həsr etdiyi şeiri təqdim etdi.

Adını yazaraq yaddaşlara,
Qanıyla möhrünü vurdu, Mübariz!
Vətəni düşməndən qorumaq üçün,
Canını qurban verdi, Mübariz!
Düşmən ordusunu igid canıyla ,
Ele bir həmlədə,qırdı, Mübariz!
Bizləri düşməndən qorumaq üçün, 
Düşmənin canını aldı, Mübariz!

Tədbirdə məktəbin rəhbərliyi iştirak etdi.


Açar sözlər: