12.02.2019

Mingəçevir məktəblərində  əsərlərin müzakirəsi keçirilir

    Fevralın 12-də Mingəçevir şəhər İ.Qayıbov adına  10 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi R. Səfərovanın təşkilatçılığı və VII sinif şagirdlərinin iştirakı ilə Ç. Aytmatovun "Manqurt" əsərinin müzakirəsi keçirildi. Müzakirədəi ştirak edən şagirdlər bildirdilər ki, “Manqurt” hekayəsində yazıçının mənsub olduğu xalqın timsalında milli kimliyin itirilməsi, soykökun məhv edilməsinin fəlakətləri ifadə olunmuşdur.  “Əskidən əslini, nəslini, soykökünü, tarixini unutmuş insanlara “manqurt” deyilirdi. Bu gün də duyğusuzlaşmış, kökündən qoparılmış və nəyi nə üçün etdiyini bilməyən, verilən əmrləri heç düşünmədən uyğulayan insanlar da “Manqurtdur”.

    Sonda Çingiz Aytmatovun əsər haqqında fikirləıri səsləndirildi.


Açar sözlər: