13.02.2019

Mingəçevir  məktəbliləri Cocuq Mərcanlıya səfər etdilər

    Fevralın 11-də Mingəçevir şəhər 20 №-li tam orta məktəbin müəllim və şagird kollektivi Müdafiə və Təhsil Nazirliyinin icazəsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etdilər. Əvvəlcə Cocuq Mərcanlıda "Aprel Şəhidləri”nin şərəfinə ucaldılmış abidə ziyarət olundu və şagirdlərə həmin günlər baş verənlər barədə ətraflı məlumat verildi. Səfər zamanı hərbiçilər və kənd sakinləri ilə görüş keçirildi, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu. Bu görüşdə müəlllim və şagirdlərlə birgə incəsənət nümayəndələri, Əfqan Veteranları Cəmiyyətinin üzvləri də iştirak etdi. Görüş şagirdlərin xatirəsində dərin təəssüratlar buraxdı. 


Açar sözlər: