18.02.2019

Mingəçevir şəhər 1№-li tam orta məktəbdə hərbi məktəblərdə təhsil almaq istəyən şagirdlərlə maarifləndirici xarakterli tədbiri keçirilib

    Fevralın 16-da Mingəçevir şəhər 1№-li tam orta məktəbdə Müdafiə Nazirliyinin əməkdaşlarının hərbi rəhbərlər və xüsusi təyinatlı hərbi məktəblərdə təhsil almaq istəyən şagirdlərlə maarifləndirici xarakterli tədbiri keçirildi. Məqsəd xüsusi təyinatlı məktəblərə qəbul qaydaları, orada fəaliyyət göstərən fakultələr və xüsusi təyinatlı məktəblərdə ümumi təhsilalma qaydaları ilə bağlı təbliğatdan ibarət idi. Tədbirdə ətraf rayonların ümumtəhsil məktəblərində fəaliyyət göstərən hərbi rəhbərlər də iştirak edirdi.