18.02.2019

  Mingəçevir şəhər ümumtəhsil  müəssisələrində FHN-nin Aran Regional Mərkəzi tərəfindən maarifləndirmə işləri aparılır

     Mingəçevir şəhər D.Nağıyeb adına 9 №l-i tam orta məktəbdə FHN-nin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən II, V, VI siniflərdə Mülki-müdafiə məşğələlərinin tədrisinə metodiki kömək göstərmək məqsədilə maarifləndirici tədbir keçirildi. Tədbirdə iştirak edən  region əməkdaşları «Mülki müdafiə haqqında» Azərbaycan Respublikasının Qanununu, «Mülki müdafiə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyəti haqqında ətraflı söhbət apardılar. 


Açar sözlər: