21.02.2019

Mingəçevir məktəblərində "Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi!" başlığı altında tədbirlər keçirilir

    Mingəçevir ümumtəhsil məktəblərində "Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi!" başlığı altında silsilə tədbirlər keçirir. 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir.

    Mingəçevir şəhər S.Vurğun adına 16№-li tam orta məktəbdə  də Xocalı faciəsi ilə bağlı bir sıra tədbirlər keçirilir. Fevralın 20-də məktəbin müəllimləri G. Zeynalova,T.Cavadlı və K.Musayevanın təşkilatçılığı ilə 7-ci və 4-cü sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim etdirdilər. Şagirdlər Xocalı faciəsinin dəhşətlərini tamaşaçılara çatdırmağa çalışdılar.

    Mingəçevir şəhər 4№-li tam orta məktəbdə  də Xocalı faciəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Qaliblər mükafatlandırılmışlar.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Açar sözlər: