21.02.2019

Mingəçevir məktəblərində "21 fevral - Beynəlxalq Ana Dili Günü" qeyd edilir

    Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

    Fevralın 20-də Mingəçevir şəhər 10 №-li tam orta məktəbin fəaliyyət planına əsasən UBR -nin təşkilatçılığı ilə V-VII sinif şagirdləri arasında "Ana dilimizi sevək, sevdirək" mövzusunda şeir müsabiqəsi keçirdi. Müsabiqədə Ana dilinə həsr olunmuş şerlər səsləndirildi. Qaliblər rəğbətləndirildi. 

    Mingəçevir şəhər R.Mirabov adına 7№li tam orta məktəbdə 4 a və 4 b siniflərində "Ana dilimizi qoruyaq" adlı esse-yazı müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən şagirdlər "Mən vətənimi sevirəm", "Əsl dost necə olmalıdır?" və "Müəllim sizin üçün kimdir?" başlıqları altında mövzulara aid fikirlərini qələmə aldılar. 

 


Açar sözlər: