27.02.2019

  Mingəçevir şəhər ümumtəhsil müəssisələrində Xocalı soyqırımı ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir

    Mingəçevir şəhər ümumtəhsil müəssisələrində Xocalı soyqırımı ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir. İştirakçılar məruzə ilə çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, həmin gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. 

    Tədbirlər şagirdlərin Xocalı faciəsinə həsr olunmuş şeirləri səsləndirmələri ilə müşayiət olunub. Soyqırıma aid sərgilər, fotostendlər təşkil olunub, şəhid qəbirləri ziyarət edilib.


Açar sözlər: