10.04.2019

Fənn olimpiadasının II mərhələsinin qalibləri ilə görüş keçirilmişdir

    Mingəçevir şəhər Təhsil Şöbəsində olimpiada qalibləri ilə görüş keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respunlikası Təhsil Nazirliyinin keçirdiyi fənn olimpiadasının yarımfinal mərhələsinin nəticələriniə görə Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 20 nəfər şagird müxtəlif fənlər üzrə final mərhələsinə vəsiqə qazanmışdır. Aprelin 8-də həmin şagirdlər şəhər Təhsil Şöbəsinə dəvət edilmiş və fəxri fərmanlarla təltif olunmuşlar. Qalibləri təbrik edir və növbəti mərhələdə onlara uğurlar arzu edirik!


Açar sözlər: