11.04.2019

Mingəçevirdə aprel şəhidləri yad edilir

    Mingəçevir şəhər ümumtəhsil müəssisələrində  aprel döyüşlərinin ildönümünü qeyd etmək münasibətilə silsilə tədbirlər keçirilir. Şagirdlər və müəllimlər bu qanlı döyüşdə qəhrəmancasına həlak olmuş Mingəçevir şəhidlərinin məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanında olurlar. Aprel Şəhidləri Adilzadə Adilin,Əhmədov Rüstəmin, Qasımov Teymurun, Tağıyev Rahimin məzarları önünə gül dəstələri qoyaraq, onların xarirəsini bir dəqiqəlik sükutla yad edirlər. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!


Açar sözlər: ,