18.04.2019

Mingəçevir şəhər məktəblərində açıq dərslər keçirilir

    Mingəçevir şəhər 19 №-li tam orta məktəbdə ingilis dili müəllimi S.Paşayevanın VI a sinfində və ingilis dili müəllimi K.Səfərova VIb sinfində “Enviranment and Pollution” mövzusunda açıq dərs keçirildi. Dərs canlı aləmə həsr olunmuş video-çarxın nümayişi ilə başladı. Elektron lövhənin imkanlarından istifadə olunaraq müxtəlif tapşırıqlar yerinə yetirildi. Qrup üzvləri qoyulmuş suallar əsasında ö fikirlərini yazdı. Dərsin sonunda uşaqlar çəkdikləri şəkillər və şüarlarla ətraf aləmin müdafiəsinə çağırış səsləndirdilər, ingilis dilində krasvord həll etdilər. Qiymətləndirmə meyarlar əsasında aparıldı.


Açar sözlər: