23.04.2019

Mingəçevir məktəbində "Piyada sərnişin mədəniyyəti" mövzusunda açıq dərs keçirilib

    Aprelin 18-də Mingəçevir şəhər 17 №-li tam orta məktəbdə Biologiya müəllimi G.Kərimova Va sinfində Həyat bilgisi fənnindən "Piyada sərnişin mədəniyyəti" mövzusunda açıq dərsi keçirdi. Açıq dərsdə şəhər Təhsil Şöbəsinin nümayəndələri  və Polis Şöbəsi Dövlət Yol Polis bölməsinin təbliğat və təşviqat üzrə inspektoru iştirak etdi. Şagirdlrə yol hərəkəti qaydaları haqqında bilik və bacarıqlarını nümayiş etdirdilər. 


Açar sözlər: