23.04.2019

Mingəçevir şəhər ümumtəhsil məktəblərində "Oxu Günü" qeyd edilir

    Mingəçevir şəhər ümumtəhsil məktəblərində "Oxu Günü" çərçivəsində silsilə tədbirlər keçirilir. Mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan “Oxu Günü” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.