24.04.2019

Mingəçevir şəhər ümumtəhsil məktəblərində "Oxu Günü" ilə əlaqədar yekun tədbir keçirilib

    Azərbaycan Respublikasının Təhsil Naziri “Oxu günü” tədbirinin keçirilməsi barədə 04.03.2019-cu il tarixli F-103 № -li əmrinə əsasən hər il aprelin 23-də "Ümumdünya Kitab və Müəlliflik Günü" münasibəti ilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi "Oxu günü" tədbirinin keçirilməsi nəzərdə tutulur. Əmrin icrası ilə bağlı Mingəçevir şəhər ümumtəhsil məktəblərində ay ərzində silsilə tədbirlər həyata keçirilmişdir. Aprelin 23-də Mingəçevir şəhər Gənclər Mərkəzində “Oxu günü” ilə bağlı ümumşəhər yekun tədbiri keçirildi. Tədbirdə bütün ümumtəhsil məktəbləri, qonaq qismində valideynlər, ümumilikdə 200 nəfərə yaxın adam iştirak etdi. Məktəblər hazırladıqları proqramı təqdim etdi, ədiblərin həyat və yaradıcılığından söz açıldı, onların əsərlərindən hazırlanmış səhnəciklər nümayiş olundu.