06.05.2019

Mingəçevirdə "Bilsin ana torpaq, eşitsin vətən. Müsəlləh əsgərəm mən də bu gündən" devizi altında hərbi-idman oyunu keçirildi

    Artıq 17 ildir ki, hər il  Mingəçevir Şəhər Texniki Humanitar Liseydə vətəni sevmək, onu qorumaq duyğusu aşılamaq məqsədilə ibtidai sinif şagirdərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş, “Bilsin ana torpaq, eşitsin vətən. Müsəlləh əsgərəm mən də bu gündən” devizi altında “Üfüqdə parıltı” hərbi – idman oyunu keçirilir. Mayın 4-də növbəti dəfə belə bir möhtəşəm tədbir keçirildi. Tədbirdə 5 nominasiya üzrə, 17 komandanın iştirak etdi. Məktəb rəhbərliyinin, ŞTŞ-nin və SHÇDX-nin şəhər şöbəsinin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçən tədbir balacaların və digər işirakçıların yaddaşında silinməz izlər buraxdı.


Açar sözlər: