27.05.2019

Mingəçevir ümumtəhsil məktəblərində "28 may Respublika Günü" qeyd edilib

    Mayın 27-də Mingəçevir şəhər Texniki Humanitar Liseydə Mingəçevir ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərindən təşkil olunmuş komandalarla “28 may Respublika Günü”nə həsr olunmuş “Şərqdə doğan günəş”adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə Mingəçevir ŞTŞ-nın, SHXÇDX-nin şəhər şöbəsinin nümayəndələri və “Şəhid ailələri cəmiyyəti”nin sədri iştirak etdilər. Yeniyetmələrə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədilə keçirilən tədbirdə valideyinlər də iştirak etdi. Tədbirin sonunda iştirak edən bütün komandalar paradda nümunəvi çıxışlarına görə şəhər təhsil şöbəsinin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundu.


Açar sözlər: