03.09.2019

Mingəçevir, Yevlax, Ağdaş təhsil işçilərinin konfransı keçirildi

    Sentyabrın 2-də Mingəçevir şəhər Dövlət Dram Teatrının binasında Mingəçevir, Yevlax və Ağdaş rayon təhsil şöbələrinin rəhbərliyi, həmin rayonların məktəb rəhbərləri və qabaqcıl təhsil işçilərinin iştirakı ilə müəllimlərin sentyabr konfransı keçirildi. Konfransda Təhsil Nazirinin müavini xanım Məhəbbət Vəliyeva iştirak edirdi. Konfransı xanım Məhəbbət Vəliyeva açıq elan etdi, sonra Mingəçevir ŞTŞ - nın müdiri Sahib Məmmədov, Yevlax RTŞ - nın müdir vəzifəsini icra edən Xaləddin Niftəliyev, Ağdaş RTŞ - nin müdiri Hürü Əliyeva hesabat məruzəsi ilə çıxış etdilər. Daha sonra xanım Məhəbbət Vəliyeva geniş çıxış edərək hesabatlara öz münasibətini bildirdi və 2019-2020 ci dərs ilində təhsil işçilərini qarşısına qoyulan vəzifələr haqqında tövsiyələrini verdi. Təhsil işçilərini və ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirildi.