03.09.2019

Mingəçevir şəhərində ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi

    Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov əvvəlcə tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar azrulayıb. Başçı ölkəmizdə, o cümlədən Mingəçevir şəhərində  təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən də danışıb: ”Son illər Mingəçevirdə 4 yeni məktəb binası tikilib. Biri da hazırda tikilir. 11 məkəb əsaslı təmir edilib, biri də əsaslı əmir olunur. Eyni zamanda 12 və 17 saylı məkəblərin əsaslı təmir məsələsi də nəzərdə tutulub. Bütün bunlar dövlət başçımızın təhsilə olan diqqət və qayğısıdır”.

    Daha sonra çıxış edən Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov bildirib ki, 2018-2019-ci tədris ilində şəhərin orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 760 nəfər buraxılış məzunlarından 630 nəfəri ali məktəblərə sənəd verib: “Onlardan 460 nəfəri tələbə adını qazanıb. Bu 73 % deməkdir. Bu da respublika üzrə ən yüksək nəticələrdən sayılır. Onu da qeyd edim ki, bu il ali məktəbə qəbul olunanlar kurikulum əsasında təhsil alanların ilk buraxılışıdır”. O, həmçinin vurğulayıb ki, belə nəticələrin əldə olunmasında olkə rəhbərliyinin təhsilə olan diqqəti, eyni zamanda Təhsil nazirliyinin, həmçinin şəhərimizin başçısı İlham İsmayılovun təhsil işçilərinə göstərdiyi qayğı əsas rol oynayıb.

    Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə hədiyyələr təqddim olunub.


Açar sözlər: ,