Cəbiyev Zamik Namiq oğlu

    1987- ci il 30 dekabr tarixində Şəki rayonu Kəhrizoba kəndində anadan olmuşdur.  2009- cu ildə Sumqayıt Dövlət Universitetini Tarixçi, tarix müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2015- ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fənninin tədrisi metodikasi və metodologiyası ixtisasi üzrə magistraturanı bitirmişdir. 2011-ci ildə “Müəllimlərin İşə Qəbulu” müsabiqəsindən keçərək Qusar rayonu  Sudur kənd tam orta məktəbinə tarix müəllimi təyin edilmiş, 2014-cü ildə “Müəllimlərin Yerdəyişməsi Müsabiqəsi”ndə iştirak edərək İsmayıllı rayonu Sahib Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbinə tarix müəllimi təyin edilmiş, 2016 – cı ildə “Direktorların İşə Qəbulu” müsabiqəsində iştirak edərək Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. 2019-cu ildə “Dövlət Qulluğuna Qəbul” üzrə müsabiqədən keçərək Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun 05.04.2019- cu il tarixli K- 383 nömrəli əmri ilə  Mingəcevir ŞTŞ-ə müdir müavini vəzifəsinə təyin edilmişdir. 

    2017-ci ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.  

    Ailəlidir.