Məmmədov Sahib Əmirxan oğlu
03 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Çəmənli kəndində anadan olmuşdur.
1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir.
1984-cü ildə Yevlax rayon Gülövşə kənd orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. 1984-1992-ci illər ərzində Gülövşə kənd orta məktəbində müəllim işlədiyi zaman “Baş müəllim”, “Metodist müəllim” fəxri adlarını almışdır. 1992-ci ildən Mingəçevir şəhər Təhsil şöbəsində metodist, 1992-ci ilin iyun ayından Mingəçevir şəhər 15 nömrəli tam orta məktəbdə direktor, 2008-ci ildən Texniki Humanitar Liseydə direktor vəzifəsində işləmişdir.
Pedaqogika üzrə fəlsəfə doktorudur.
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2013-cü ilin fevral ayında Mingəçevir şəhər Təhsil şöbəsinə müdir təyin edilmişdir.
Ailəlidir . 2 övladı var.