Mingəçevir şəhər Təhsil Şöbəsi  (ŞTŞ)  1956-cı ildə Şəhər Xalq Maarif  Şöbəsi kimi yaradılmışdır. Şöbəyə Quliyev Cümşüd  İsfəndiyar oğıu rəhbərlik etmişdir. O zaman Mingəçevirdə 1№li Azərbaycan orta məktəbi, 3№li rus orta məktəbi, 2 və 4№li 7 illik məktəblər, Azərbaycan və rus fəhlə gənclər məktəbləri fəaliyyət göstərirdilər. 1992-ci ildən isə Mingəçevir şəhər Təhsil Şöbəsi adlandırılmışdır.

Bu gün Mingəçevir ŞTŞ səlahiyyətində 19 tam orta  məktəb və 2 lisey olmaqla 21 ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi  fəaliyyət göstərir. ŞTŞ ümumtəhsil məktəblərində 13576 şagird təhsil alır,  1472 nəfər pedaqoji və 458 nəfət texniki işçi çalışır  Pedaqoji işçilərdənmüəllimin 1238  nəfəri ali, 234 nəfəri orta ixtisas təhsillidir.

 Şəhərin 4 (3, 14, 18, THL) məktəbində təlim 2 dildə( azərbaycan və rus),  17 məktəbdə isə 1 dildə (Azərbaycan) aparılır. Bu məktəblərdə 2 xarici dil (ingilis və rus) tədris olunur.

Şəhər məktəblərindən 16-si beşgünlük,  5 məktəb  isə 6 günlük iş növbəsi ilə işləyir. Bir növbəli məktəblərin sayı 15, iki növbəli məktəblərin sayı 6-dır.