Sual: Azərbaycanlı tələbələr daha çox hansı xarici ölkələrdə ali təhsil almağa üstünlük verir?

Cavab: Xaricdə dövlət hesabına təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ikitərəfli hökumətlərarası çərçivəsində müqavilələr (dövlət xətti) əsasında həyata keçirilir.

Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ölkələrə, əsasən Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya Federasiyası, Fransa, Niderland Krallığı, ABŞ, İsveçrə, Avstraliya və Çin aiddir.