Sual: Təhsil Nazirliyi tərəfindən məktəblilərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinq aparılırmı?

Cavab: Şagirdlərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinqlər,  əsasən, davamlı olaraq yerli təhsil orqanları tərəfindən aparılır. İcra nümayəndəlikləri, müvafiq  hüquq-mühafizə təşkilatları da təhsildən yayınmanın qarşısının alınmasında iştirak edirlər.

Təhsil Nazirliyinin nümayəndələri yerlərdə olarkən həmin məsələ ilə yaxından maraqlanır, seçmə yolla araşdırmalar aparırlar.