Sual: Bu gün elə fəlsəfə doktorları var ki, onlar orta məktəblərdə müəllim kimi fəaliyyət göstərmək istəyirlər. Lakin bu fəaliyyət üçün onların imtahan verməsi tələb olunur. Sizcə, fəlsəfə doktoru olan şəxs hər hansı ali məktəbin bakalavr pilləsini bitirən gəncdən fərqlənməlidirmi? 

Cavab: Müəllimlərin işə qəbulu vahid qaydalar əsasında həyata keçirilir. Müsabiqənin birinci mərhələsində elmi dərəcəyə görə üstünlük nəzərdə tutulmuşdur.

Həmçinin Qaydalarda nəzərdə tutulmuşdur ki, ixtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş şəxslərin işə qəbulu Təhsil Nazirliyinə müraciət əsasında həyata keçirilir.