Sual: Azərbaycanda ali məktəblərdə müəllim hazırlığı üçün internatura modeli nə zamandan tətbiq ediləcək? Bakalavr təhsili alan gənclər üçün internatura hansı kursdan etibarən tətbiq ediləcək?

Cavab: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas hədəflərdən biri kimi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, o cümlədən müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi qeyd olunmuşdur.

Yeni sistemin tətbiqi üçün ilk növbədə beynəlxalq təcrübəyə əsaslanan normativ hüquqi sənədlər hazırlanmalıdır. Bu sənədlər hazırlandıqdan sonra internatura modelinə dair ətraflı məlumatlar ictimaiyyətə çatdırılacaqdır.