02.04.2021

01 aprel 2021 –ci il tarixində şəhərimizin 7 nömrəli tam orta məktəbin həyətyanı sahəsində Mingəçevir şəhər Təhsil Şöbəsi ,Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə 44 günlük vətən müharibəsində rəşadətli döyüş yolunda şəhidlik zirvəsinə ucalmış oğullarımızın əziz xatirəsinə “Hər şəhidə bir ağac” aksiyası keçirilmişdir

01 aprel 2021 –ci il tarixində şəhərimizin 7 nömrəli tam orta məktəbin həyətyanı sahəsində Mingəçevir şəhər Təhsil Şöbəsi ,

Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə 44 günlük vətən müharibəsində rəşadətli döyüş yolunda şəhidlik zirvəsinə ucalmış oğullarımızın əziz xatirəsinə “Hər şəhidə bir ağac” aksiyası keçirildi.

Aksiyanın keçirilməsində ŞTŞ-nin rəhbərliyi və məsləhətçiləri, ümumtəhsil müəssisələrinin direktorları,şəhid ailələri, YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova,UGİM-in və 7 nömrəli tam orta məktəbin pedaqoji və texniki işçiləri iştirak edirdi.

Ağacəkmə aksiyasında Mingəçevir şəhəri üzrə 50 şəhid və 1 itgin düşmüş, hələdə sorağı bilinməyən igidimizin xatirəsi tutuldu.

Aksiyanın keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək,Azərbaycanımızın bütövlüyü uğrunda oddan, alovdan keçən igidlərimizin,öz mübarizlikləri ilə özünə bir tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğullarının igidlik dastanını daha dərindən öyrənmək və gələcək nəsillərə çatdırmaqdır.

 

Uşaq – Gənclər İnkişaf Mərkəzinin ekologiya bölməsində yetişdirilən uzunömürlü sərv ağaclarının hərəsi bir şəhidimizin əziz xatirəsini yaşadacaq,uşaq,yeniyetmə və gənclərin vətənə,torpağa, xalqına olan məhəbbətini artıracaq, onlarda mübarizlik, qorxmazlıq, mərdlik hisslərini dahada möhkəmlədəcəkdir.

Tədbirin başlanğıcında Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir əvəzi Zamik Cəbiyev qəhrəman ,igid oğulların qanı ,canı bahasına Zəfər qazanaraq şanlı həlb tariximizə yeni səhifələr yazmasından danışdı,Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva bu aksiyanın burda bitməyəcəyini Mingəçevirin bütün şəhidlərinin adına bir ağac əkilərək aksiyanın davam edəcəyini və şəhərin ümumtəhsil məktəblərinin həyətyanı sahələrində belə bir “Şəhid bağı” salınacağını qeyd etdi, 44 günlük Vətən müharibəsində şəhid olmuş Tural və Musa qardaşlarının anası Nəhayət Həsənova bu aksiyanın keçirilməsində təşəbbüs göstərmiş insanlara təşəkkür etdi.Nəhayət xanım onuda qeyd etdi ki,:”elə bildim bu gün övladlarım mənə sürpriz etdilər,bu gün mənim ad günümdür. Mən qürur duyuram ki, mənim oğlanlarım vətən yolunda, torpaq yolunda şəhid olublar”.Şəhid Atiq İbrahimovun atası Ariz İbrahimov bu aksiyada bir şəhid atası kimi iştirak etdiyinə görə qürur duyduğunu bildirdi və şəhid ailələri adından aksiyanın keçirilməsində əməyi olanlara minnətdarlığını bildirdi.

7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov qeyd etdi ki, şəhidlərimizin əziz xatirəsi həmişə diqqətimizdə olacaq,çünki biz bu günkü qələbəmizə görə Ali Baş Komandanımıza, güclü ordumuza,dəmir yumruq kimi birləşən xalqımıza və Şəhidlərimizə minnətdarıq.

Ağacların əkilməsinin sonunda hər sərvin üstünə bağlanmış Xarıbülbüllər

Təbdir iştirakçılarında duyğulu,qürurverici hisslər yaşatdı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.