05.04.2021

Mingəçevir şəhər Texniki Humanitar liseyin bir qrup müəllim və şagird kollektivi Şəhid ailələrini ziyarət etmişlər

Mingəçevir şəhər Texniki Humanitar Liseyin profil fənlər üzrə direktor müavini Kəmalə Yusifova 7b sinfinin valideynləri ilə birgə Şəhid ünvanlarından biri Quliyev İman Kürdoğlu oğlu və yeznəsi Rüstəmov Emin Səid oğlunun ailələrinə baş çəkiblər. İmanın nəşi Qələbədən 27 gün sonra Laçın dəhlizindən tapılıb. Emin isə Suqovuşan uğrunda gedən döyüşlərdə həlak olub. Hər iki Şəhidin ailəsi Salahlı kəndində yaşayır və onların hər ikisi də ailənin yeganə oğul övladı olublar. Eminin iki körpə övladı var.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.