06.04.2021

5.04.2021 ci il tarixində Mingəçevir şəhər Səməd Vurğun adına 16 saylı tam orta məktəbdə Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalan igid vətən oğullarının xatirəsinə həsr olunmuş "Aprel döyüşləri şanlı qələbəmizin başlanğıcıdır "adlı onlayn tədbir təşkil olunmuşdur

05.04.2021 ci il tarixində Mingəçevir şəhər Səməd Vurğun adına 16 saylı tam orta məktəbdə Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalan igid vətən oğullarının xatirəsinə həsr olunmuş "Aprel döyüşləri şanlı qələbəmizin başlanğıcıdır "adlı onlayn tədbir təşkil olundu.İlk öncə müqəddəs Şəhidlər xiyabanı ziyarət olundu ,dualar oxundu.Daha sonra Şəhid ailələri Tağıyev Rahim Qara oğlunun ,Adilzadə Adil Kamran oğlunun ,Əhmədov Rüstəm Oruc oğlunun ,Qasımov Teymur Sabir oğlunun ailəsinə ziyarət təşkil olundu.Şəhid ailələrini ziyarət edən məktəbin direktoru Sevinc Həsənova , rəhbər və bir qrup müəllim heyəti ilə birlikdə məktəbin tarix müəllimi Günel Hacıyevanın təşkil etdiyi vətənpərvər ruhlu onlayn tədbirin iştirakçıları oldular.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən Şəhid ailələri onların hər zaman diqqətdə saxlanılmasının onlar üçün böyük təsəlli olduğunu qeyd etdilər.

Şagirdlərimiz vətənə məhəbbətdən,Şəhidlərimizin qəlbimizdə daim yaşayacağı ,ölməzliyi,döyüş zamanı göstərdikləri sücaətlər haqqında çıxışlar etdilər ,şer söylədilər,ədəbi bədii kompaziya nümayiş etdirdilər.

İnanırıq ki,şagirdlərlə təşkil olunan bu görüş onların düşüncə tərzində,bir şəxsiyyət kimi formalaşmasında ,vətənə sevgisinin sədaqətinin inkişafında əhəmiyyətli rol oynacaqdır.

İllərdən sonra xalqımız zəfər qazanan bir millət, xalq kimi fərəhlənir və buna haqqı var. Çünki bu qələbəni Azərbaycan övladı vətənə olan sonsuz sevgisi ilə qazanıb. Şəhid olaraq, qazi olaraq, gecə gündüz soyuq səngərlərdə keşik çəkməklə savaşıb böyük zəfərə yetişib. Bu gün Azərbaycanın üçrəngli bayrağı azad olunan torpaqlarımızda dalğalanır. Yaşa, var ol,Azərbaycan ! Bu zəfəri qanı ,canı bahasına qazanan Şəhidlər , ruhunuz şad olsun.

Xalqımız Sizi heç vaxt unutmayacaq !!!