08.04.2021

7 aprel 2021-ci il tarixində Mingəçevir şəhər Təhsil şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə "Hər şəhidə bir ağac"aksiyasının növbəti addımı atıldı.

7 aprel 2021-ci il tarixində Mingəçevir şəhər Təhsil şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə "Hər şəhidə bir ağac"aksiyasının növbəti addımı atıldı.Aksiya 16 nömrəli tam orta məktəbin həyətyanı sahəsində keçirildi.1-ci və 2-ci Qarabağ döyüşlərində ,aprel döyüşlərində qanı,canı bahasına torpaqlarımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan şəhidlərimizdən

51 nəfərinin əziz xatirəsinə "Eldar şamı" əkildi.Ağacəkmə aksiyasında şəhid ailələri,Şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev,YAP şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Əsgərova,YAP şəhər təşkilatı 7 saylı ərazi ilk partiya təşkilatının üzvləri, ümümtəhsil məktəblərinin rəhbərləri,UGİM və 16 nömrəli tam orta məktəbin pedaqoji və texniki işçiləri iştirak edirdi. Tədbirin əvvəlində UGİM-in direktoru Ədalət Quliyeva aksiyaya qoşulan hər kəsə minnətdarlığını bildirdi və onu da qeyd etdi ki, bu aksiya davam edəcək. ŞTŞ-nin müdir əvəzi Zamik Cəbiyev şəhidlərin keçdiyi rəşadətli döyüş yolundan,şəhidlərimizin heç zaman unudulmayacağından danışdı. Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev bu addımı alqışlàdı,şəhidlərimizin xatirəsini uca tutmaq hər birimizin borcu olduğunu qeyd etdi.16 nömrəli məktəbin direktoru Sevinc Həsənova şəhid ailələrinə, məktəb direktorlarına,tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirdi.Şəhid ailələri bu bağın salınmasına, belə bir aksiyanın keçirilməsinə görə minnətdarlıqlarını bildirdilər.Hər şəhid üçün ağaclar şəhid ailələri ilə birlikdə əkildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin